Home AZ | EN | RU

Filologiya fakültəsinin müəllimi “Qazaxıstan” medalı ilə təltif olunub

27/12/2016

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin müəllimi, Abay adına qazax dili, tarixi və mədəniyyəti Mərkəzinin rəhbəri Fatima Dursunova ikitərəfli münasibətlərin inkişafı, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfəyə görə "Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə" həsr olunmuş bayram medalı ilə təltif edilib.Mükafatın təqdimat mərasimi "Qazaxıstan-Azərbaycan" Dostluq Cəmiyyəti üzvlərinin iştirakı ilə Qazaxıstanın Azərbaycandakı səfirliyində keçirilibAbay adına qazax dili, tarixi və mədəniyyəti mərkəzi 2011-ci ilin may ayında Bakı Dövlət Universitetində açılıb. Mərkəzin mühüm vəzifələrindən biri qardaş Qazax xalqının mədəniyyətini yaymaq məqsədilə informasiya dəstəyidir.

Bookmark and Share