Filologiya fakültəsinin məzunu, tanınmış gənc yazarın yeni povesti çapdan çıxıb
19/01/2016Bakı Dövlət Universiteti, Filologiya fakültəsinin bakalavr və magistratura pilləsinin məzunu, tanınmış gənc yazar İkinci Mahmudun (Mahmud Ağakişiyev) povesti çapdan çıxıb.
Synaps Production'un «Synaps Library» layihəsi çərçivəsində təqdim etdiyi ilk kitab - yazıçı İkinci Mahmud'un "Bataqlıq Donuzu" adlı povesti, əsasən, gənc oxucular üçün nəzərdə tutulub. Kitabın ilk imza günü və satışı 24 yanvar 2016-cı il tarixində, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın-da təşkil ediləcək. Tədbir saat 14:00-da başlayacaq və saat 17:00-adək davam edəcək. Hər kəsi dəvət edirik. Giriş Pulsuzdur.
