Home AZ | EN | RU

Filologiya fakültəsinin tarixinə həsr olunmuş onlayn tədbir keçirilib

21/05/2021

BDU-nun Filologiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Filologiya fakültəsinin tarixinə həsr olunmuş onlayn tədbir keçirilib.
Tədbirdə “Türkoloji araşdırmalar” ETL-in aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynova və Humanitar fakültələr üzrə rus dili kafedrasının müəllimi Fəridə Ağamirova qonaq qismində iştirak ediblər.
Tədbirin aparıcısı - fakültənin birinci kurs tələbəsi Rəhiməxanım Əlipənahovanın giriş sözündən sonra Filologiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin mətbuat katibi Aytən İsmiyevanın hazırladığı videoçarx nümayiş olunub.
Birinci kurs tələbələri -  Türkan Hüseynova Filologiya fakültəsinin dərin köklərə malik tarixi, fakültənin yetirməsi olan görkəmli məzunlarımızın və alimlərimizin filoloji fikrin inkişafındakı rolu və fakültənin mövcud fəaliyyəti barəsində,  Əməl Vəlizadə isə ədəbiyyatın poetik gücü, ədəbi əsərlərin həyatımızdakı rolu, ədəbiyyatda toxunulan mövzuların aşıladığı hisslər barədə məlumat veriblər.
Qonaqların çıxışları dinlənildikdən sonra tələbələr - Solmaz Sultanlı, Türkan Hüseynova və Rəhiməxanım Əlipənahova fakültənin zəngin elmi-pedaqoji ənənələrindən, müasir təhsil sisteminin gətirdiyi yeniliklərdən və tələbə həyatından danışıb, distant təhsil müddətində fakültə ilə bağlı səmimi fikir və təəssüratlarını bölüşüblər.

Bookmark and Share