Home AZ | EN | RU

Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyəti “II Qarabağ müharibəsi: Tarix yazan qəhrəmanlar” adlı esse müsabiqəsi keçirib

14/12/2020

BDU-nun Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyəti 7-30 noyabr 2020-ci il tarixlərində “II Qarabağ müharibəsi: Tarix yazan qəhrəmanlar” adlı esse  müsabiqəsi keçirib. Çox sayda tələbənin qatıldığı müsabiqəyə göndərilən yazılar münsiflər heyəti tərəfindən dəyərləndirilib və ilk üç yerin qalibi müəyyənləşdirilib. Fakültənin I kurs magistrantı Gülay Tahirli I yerə, II kurs tələbələri - Nəzakət Rəhimova II, Aynurə Abbaszadə isə III yerə layiq görülüb.
Qaliblərin esseləri müsabiqə şərtlərinin uyğunluğuna və yüksək bədii keyfiyyətinə əsasən seçilib və müəlliflər diplomla təltif olunub. “II Qarabağ müharibəsi: Tarix yazan qəhrəmanlar”  adlı esse müsabiqəsinə qatılan 13 nəfər tələbənin yazısı TEC-in elmi rəhbəri Gülnar Axundova və TEC-in sədri Məleykə Mirzəlinin redaktorluğu ilə elektron kitab şəklində işıq üzü görüb.
Kitabla bu linkdən tanış ola bilərsiniz: http://philology.bsu.edu.az/az/content/tlblrimiz_yazr

Bookmark and Share