Home AZ | EN | RU

Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyəti N.Gəncəvinin “Sirlər xəzinəsi” əsərinin müzakirəsini keçirib

04/04/2021

BDU-nun Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyəti Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” əsərinin müzakirəsini keçirib. TEC-in sədri Fidan Hüseynovanın moderatorluğu ilə keçirilən tədbirdə II kurs tələbələri - Xanım Heybətova “Sirlər xəzinəsi”ndə insan konsepsiyası”, Bəsti Baxşalıyeva isə “Sirlər xəzinəsi”ndə sözün qüdrəti” adlı məruzələrlə çıxış ediblər.  
Sonra I kurs tələbələri - Rəhiməxanım Əlipənahova, Esmira Babaşlı, Günel Əliyeva, Səadət Hüseynova, Ofeliya Xancanova, Ləman Cəfərzadə, Fidan Əsgərova, Türkan Hüseynova sözügedən əsərin hekayətlərini şərh ediblər.  
Tədbirin sonunda TEC-in elmi rəhbəri Gülnar Axundova mövzu ilə bağlı iştirakçılara suallar ünvanlayıb.

Bookmark and Share