Home AZ | EN | RU

Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirib

05/10/2021

BDU-nun Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş onlayn tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən tədbirin aparıcısı Lamiyə Hüseynova müəllimlik peşəsinin müqəddəsliyindən danışıb.
III  kurs tələbəsi Xanım Əhmədzadə Vətən müharibəsində qəhrəmanlıq göstərmiş müəllimlərimiz, o cümlədən şəhid müəllim Famil Əhmədzadənin həyat yolu haqqında məlumat verib.
Daha sonra fakültənin II kurs tələbəsi Səma Məmmədova, fakültə üzrə TGT-nin sədr müavini Elnurə Ağasəfzadə və başqaları ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan, müəllimlərə göstərilən dövlət qayğısından söz açıb, bütün müəllimlərə təbriklərini çatdırıblar.

Bookmark and Share