Home AZ | EN | RU

Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı “Books club” adlı kitab klubunun açılışını keçirib

09/12/2020

BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Books club” adlı kitab klubunun açılışı keçirilib. “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbiri giriş sözü ilə açan fakültənin III kurs tələbəsi, klubun təmsilçisi Aytac Hüseynli kitab klubunun fəaliyyəti haqqında ətraflı məlumat verib, mütaliənin faydalarından, təşkil olunacaq kitab müzakirələrinin tələbələr üçün əhəmiyyətindən danışıb.
Sonra tələbələrin sualları cavablandırılıb, bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədri Həsrət Emçiyev çıxış edərək, bütün aktiv tələbələrə təşəkkürünü bildirib.

 

Bookmark and Share