Home AZ | EN | RU

Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı daha bir layihəni gerçəkləşdirib

04/11/2019

Noyabrın 4-də BDU-nun Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə yeni bir layihənin - “Şəxsi inkşaf klubu”nun təqdimatı keçirilib. Təqdimat mərasimi Dövlət Himninin canlı ifası ilə başlayıb. Sonra layihə rəhbəri və klubun sədri Adilə Hacızadə birliyin məqsədi və iş prinsipləri barəsində geniş söz açıb. Tədbirin növbəti mərhələsində Adilə Hacızadə və sədr müavini Sezər Məmmədli iştirakçılara “Motivasiya” haqqında müəyyən nəzəri məlumatlar verib, mövzuya uyğun real həyat hadisələrindən nümunələr göstəriblər.
Sonda auditoriya ilə bərabər mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, tələbələrin təklifləri dinlənilib.

 

Bookmark and Share