Home AZ | EN | RU

Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı “Gülümsəyin” adlı seminarı keçirib

15/11/2019

BDU-nun Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən “Şəxsi inkşaf klubu”nun “Gülümsəyin” adlı seminarı baş tutub. Klubun təsisçisi və sədri Adilə Hacızadə seminarı giriş sözü ilə açdıqdan sonra Filologiya fakültəsinin ikinci kurs tələbəsi Nəzrin Fərəcullayeva təlimi icra edib. Təlimin gedişində dərnəyin fəal və istedadlı üzvü Rüfət Qarayev öz ifası ilə izləyiciləri valeh edib.
Tədbirdə iştirak edən fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov klubun fəaliyyətini yüksək qiymətləndirərək iştirakçılara uğurlar arzulayıb.
Seminar böyük marağa səbəb olub və izləyicilər auditoriyadan məmnunluq hissi ilə ayrılıblar.

Bookmark and Share