Home AZ | EN | RU

Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı nəzdində “Art” klubun növbəti təlimi baş tutub

27/02/2021

Fevralın 27-də BDU-nun Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı nəzdindəki “Art” klubun növbəti təlimi keçirilib. Təlimdə Filologiya fakültəsi ilə yanaşı, digər fakültələrin tələbələri də aktiv iştirak edib.
BDU-nun magistrantı və klubun təmsilçisi Fərid Qurbanov budəfəki təlimdə insan qaşının çəkilməsini izah edib.
Tədbirdə qonaq qismində iştirak edən modelyer-dizayner Ləman Mollayeva tələbələrə estetik, yüksək zövqlü tərtibat və dizayn üsulları ilə bağlı ətraflı məlumat verib.
Sonra iştirakçıların əl işləri yoxlanılıb, onları maraqlandıran suallar cavablandırılıb.   
Müzakirələrdən sonra növbəti təlimin mövzusu müəyyənləşdirilib.

Bookmark and Share