Home AZ | EN | RU

Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı nəzdində “İdea” seminar klubu növbəti təlim keçirib

13/02/2021

13 fevral 2021-ci il tarixində BDU-nun Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı nəzdində “İdea” seminar klubu növbəti təlim keçirib. Diskussiya şəklində təşkil edilən seminarın təlimçisi Nərmin Məmmədova “Sevmək sənəti” mövzusunda çıxış edib. Sonra iştirakçılar “sevgi” anlayışını linqvokulturoloji aspektdən təhlil edib, eşqin fəlsəfi və dünyəvi mahiyyətindən söz açıb, məşhur ədiblərin əsərlərinin əsasında dayanan sevgi motivlərindən danışıblar.  Seminarda “Həqiqətən, məhəbbət bir sənətdirmi?” (Erik From) sualı ətrafında müzakirələr aparılıb, maraqlı fikirlər səsləndirilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədri Həsrət Emçiyev çıxış edərək, mövzu ilə bağlı fikirlərini bölüşüb, bütün aktiv tələbələrə təşəkkürünü bildirib.

 

Bookmark and Share