Home AZ | EN | RU

Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı nəzdində “Seminar” klubunun növbəti təlimi baş tutub

16/03/2021

Martın 16-da BDU-nun Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı nəzdində “Seminar” klubunun növbəti təlimi keçirilib. “Cəsarət yoxsa əsarət” mövzusuna həsr olunmuş tədbirdə təlimçi Xanoğlan Sadiq tələbələrə həyatda uğur qazanmağın yollarından, xüsusilə uğur əldə etməkdə özünə güvənməyin əhəmiyyətindən, bütün çətin və çıxılmaz vəziyyətlərdə insanın psixoloji durumu və davranışından danışıb. Bildirib ki, problemlərdən qaçmaq əvəzinə qorxmadan, cəsarətlə onların üzərinə gedərək həll etmək, qorxuların və ziddiyyətlərin əsiri olmamaq gələcəkdə uğurlu planların həyata keçməsinə ciddi təkan verəcək. 
Təlimdə Fəridə İsmayılzadə, Ayan Dadaşova, Solmaz Əsgərli və başqaları mövzu ətrafında aparılan müzakirələrdə aktiv iştirak ediblər.
Sonda Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Həsrət Emçiyev mövzu ilə bağlı fikirlərini bölüşüb, aktiv tələbələrə təşəkkürünü bildirib.

Bookmark and Share