Home AZ | EN | RU

Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı Respublika Gününə həsr olumuş tədbir keçirib

02/06/2021

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə 28 May - Respublika Gününə həsr olunmuş "Şərqdə doğan günəş" adlı onlayn tədbir keçirilib.
Moderator Elnurə Ağasəfzadə tədbiri açıq elan edərək Cümhuriyyət dövründə qazanılan böyük nailiyyətlər haqqında məlumat verib, qısa müddətdə qəbul edilmiş qərarlar, bayraq, milli ordu, milli pul, bank, iqtisadi islahatlar və digər qərarların  əhəmiyyətini vurğulayıb.
Tədbirdə Filologiya fakültəsinin l kurs tələbələri - Ləman Cəfərzadə və  Aygün Əhmədova öz çıxışlarında müstəqil Azərbaycanın Cümhuriyyətin varisi kimi bu gün əldə etdiyi beynəlxalq nüfuzundan bəhs ediblər.
Tədbir Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavini Ələkbər Həsənov Cümhuriyyət qurucularının fəaliyyəti haqqında çıxışı ilə yekunlaşıb.

Bookmark and Share