Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı “Sirius” intellektual oyunu keçirib
28/12/2020BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Sirius” intellektual oyunu keçirilib. Karantin günlərində tələbələrin sosial aktivliyinin güncləndirilməsi istiqamətində təşkil edilmiş tədbirlərdən biri olan bu bilik yarışı gənclərin dünyagörüşünü, intellektual səviyyəsini yoxlamaq, onlara yeni məlumatlar vermək xarakteri daşıyıb.
