Home AZ | EN | RU

Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı “Xalqımızın zəfər tacı – Aprel döyüşləri” adlı tədbir keçirib

03/04/2021

03 aprel 2021-ci il tarixində BDU-nun Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Xalqımızın zəfər tacı – Aprel döyüşləri” adlı onlayn tədbir keçirilib. Ləman Cəfərzadənin ideyası əsasında keçirilən tədbirin moderatoru, I kurs tələbəsi Aygün Əhmədova giriş sözü ilə çıxış edərək xalqımızın qəhrəmanlıq tarixindən danışıb.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov son 30 ildə xalqımızın erməni terrorçularına qarşı apardığı gərgin mübarizədən, Aprel zəfərinin əldə olunmasında vətən oğullarının qəhrəmanlığından söz açıb.  
Sonra Tələbə Gənclər Təşkilatının sədr müavini Ələkbər Həsənov və I kurs tələbəsi Ləman Cəfərzadə aprel döyüşləri və 44 günlük Vətən müharibəsində əldə olunan parlaq qələbədən bəhs edib, bu tarixi hadisələrlə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə I kurs tələbələri - Günel Əliyeva “Aprel səhəri” və Ləman Namazova “Ölümün üstünə atılan oğlan” şeirlərini səsləndiriblər.

Bookmark and Share