Home AZ | EN | RU

Filologiya fakültəsinin tələbələri bir sıra ədəbi-bədii tədbirlərə qatılıb

17/05/2017

Filologiya fakültəsi Tələbə Elmi Birliyinin üzvləri Günel Quliyeva, Günay İsmayılova və Sədəfxanım Qəmbərli Azərbaycan Teatr Xadimləri İttifaqının binasında Azərbaycanın böyük şairi Musa Yaqubun 80 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak ediblər. Tədbirdə "İndi bildim Nağıldı" kitabının təqdimatı da baş tutub. Yubileydə ədəbiyyat xadimləri iştirak edib və şair haqqında xoş sözlərini ifadə ediblər.

Tələbə Elmi Birliyinin üzvləri Bookzone kitab evində keçirilən motivasiya yönümlü seminarları ilə tanınan Pərviz Həsənovun “Xəyalımdakı gələcək” adlı kitabının təqdimatında iştirak edib. Pərviz Həsənovun şəxsi inkişafla əlaqədar diskussiyası tələbələrə motivasiya olub. Sonda iştirakçılarla ilə xatirə şəkilləri çəkdirilib.

Səməd Vurğunun ev muzeyində Nüşabə (Babayeva) Vəkilovanın təşkilatçılığı ilə Aslan Salmanoyun "Səməd Vurğun və represiya" mövzusunda seminarı keçirilib. Seminarda müəllimlər, tələbələr, alimlə iştirak edib. Tədbirdə iştirak edən elm adamları mövzunu yüksək qiymətləndirib və gənc nəslə bu mövzunun düzgün çatdırılması istiqamətində işlərin görülməsinin vacibliyini vurğulayıblar. Tədbirdə BDU-nun dosenti Məti Osmanoğlu, Azərbaycan jurnalının redaktoru İntiqam Qasımzadə, Vaqifşünas alim İradə Musayeva, professor Rüstəm Kamal, professor Tofiq Məlikli, professor Əlizadə Əsgərli mövzuyla bağlı öz fikirlərini bildiriblər. Filologiya fakültəsinin tələbələri məruzəni  dinləyib və daha sonra muzeylə yaxından tanış olublar.

 

 

Bookmark and Share