Filologiya fakültəsinin tələbələri Cəlil Məmmədquluzadənin ev-muzeyində olublar
25/04/2022BDU-nun Filologiya fakültəsinin tələbələri Cəlil Məmmədquluzadənin ev-muzeyinə ekskursiya ediblər. Muzey əməkdaşları tələbələrə görkəmli yazıçının həyat və fəaliyyəti haqqında məlumat verib, şəxsi əşyaları ilə tanış edib, onunla bağlı maraqlı məqamlardan söz açıblar.
Qeyd edək ki, muzey ədibin ömrünün son illərini (1922 – 1932) yaşayıb yaratdığı binanın üçüncü mərtəbəsində, 26 nömrəli mənzildə yerləşir. Burada ədibin həyatını əks etdirən tarixi eksponatlar yerləşdirilib. Muzeydə C.Məmmədquluzadəyə həsr olunmuş ədəbiyyat gecələri, anım günləri, səyyar sərgilər, təşkil olunur.
