Filologiya fakültəsinin tələbələri “Ədibin evi”nə ekskursiya ediblər
28/09/2023Sentyabrın 28-də BDU-nun Filologiya fakültəsinin tələbələri Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlalın anım günü münasibətilə “Ədibin evi”nə ekskursiya ediblər. Ekskursiya zamanı XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilib, həmçinin tələbələr Mir Cəlala dair bəzi şəxsi əşyalarla, haqqında yazılmış kitablarla tanış olublar.
