Home AZ | EN | RU

Filologiya fakültəsinin tələbələri Dövlət İmtahanı veriblər

13/06/2019

12.06.2019-cu il tarixində BDU-nun Filologiya fakültəsinin tələbələri Dövlət İmtahanı veriblər. İmtahan mərkəzləşmiş qaydada universitetin auditoriyalarında saat 11:00-da başlayıb. İmtahanın gedişatını izləmək üçün Dövlət Attestasiya Komissiyasının sədrləri: AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili akademik İsa Həbibbəyli və professor Fəridə Vəlixanova universitetə gəlib. Sədrlər fakültə dekanı Elçin Məmmədov və universitetin digər rəsmi şəxsləri ilə birgə auditoriyaları gəzib, imtahanla bağlı yaradılan şəraitlə tanış olub, tələbələrin suallarına cavablandırıblar. Tələbələr də öz növbəsində onlara göstərilən diqqətə görə Komissiya sədrlərinə təşəkkür edərək,  yaradılan şəraitdən məmnun olduqlarını bildiriblər.

'

Bookmark and Share