Filologiya fakültəsinin tələbələri I Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər
12/12/2023Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 20 il keçir. Bu münasibətlə Filologiya fakültəsi üzrə BDU Könüllüləri I Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Tələbələr Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyub, müdrik dövlət xadiminə Allahdan rəhmət diləyiblər.
