Home AZ | EN | RU

Filologiya fakültəsinin tələbələri II Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər

08/10/2021

BDU-nun Filologiya fakültəsinin tələbələri Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcovun rəhbərliyi ilə II Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Öncə şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. Dekan müavini Anar Fərəcov Vətən müharibəsində canlarından keçmiş igid oğullarımızın qəhrəmanlığından söz açıb. Sonra şəhidlərin məzarları ziyarət olunaraq üzərinə əklillər, tər gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunub, igidlikləri haqqında çıxışlar edilib. Çıxış edənlər tarix səlnaməsi yazan belə igidlərin həyat yolunun gələcək nəsillər üçün nümunə olacağını, onların xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıblar.
Allah bütün şəhidlərizimə rəhmət eləsin!

Bookmark and Share