Home AZ | EN | RU

Filologiya fakültəsinin tələbələri IX Beynəlxalq Kitab Sərgisində

13/11/2023

Məlum olduğu kimi, 11-15 noyabr 2023-cü il tarixlərində Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş IX Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir. Sərgiyə 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qatılıb. Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edirlər.
Kitab sərgisində Filologiya fakültəsi üzrə BDU Könüllüləri də iştirak edib, burada nəşr olunan yeni kitablarla, görkəmli ziyalılarla tanış olublar.

Bookmark and Share