Home AZ | EN | RU

Filologiya fakültəsinin tələbələri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş esse və bədii qiraət müsabiqələrinin qalibi olublar

05/06/2021

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində esse və bədii qiraət müsabiqələri keçirilib. Ayrı-ayrılıqda 500 nəfərə yaxın tələbənin iştirak etdiyi hər iki müsabiqədə Filologiya fakültəsinin tələbələri ən yüksək nəticə əldə etməklə qalib olublar. Belə ki, esse müsabiqəsində Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə I kurs 133-cü qrup tələbəsi Nigar Xanəliyeva birinci, həmin ixtisas üzrə II kurs 124-cü qrup tələbəsi, TEC-in sədri Fidan Hüseynova ikinci; həmçinin bədii qiraət müsabiqəsində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisas üzrə III kurs 112-ci qrup tələbəsi Aysel Seyidova birinci, “Filologiya (Azərbaycan dili və ədəbiyyatı)” ixtisası üzrə II kurs 121-ci qrup tələbəsi Fidan Mədətova isə ikinci yerə layiq görülüblər.
Müsabiqə qalibləri yaxın günlərdə mükafatlandırılacaqlar.
Tələbələrimizi ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

Bookmark and Share