Filologiya fakültəsinin tələbələri Səməd Vurğunun Ev Muzeyində olublar
15/04/2023BDU-nun Filologiya fakültəsinin tələbələri Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə görkəmli Azərbaycan şairi Səməd Vurğunun Ev Muzeyində olublar. Muzeydə tələbələrə Səməd Vurğunun həyat və yaradıcılıq yolu, həmçinin bu mədəniyyət ocağının fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, Səməd Vurğunun Ev Muzeyi 1975-ci ildə yaradılıb. S.Vurğunun şəxsi əşyaları, orijinal fotoşəkillər, rəsm əsərləri, əlyazmalar, tədqiqat işləri, hədiyyələr, ötən illərin jurnalları və s. materiallar muzey tərəfindən qorunur. Hal-hazırda eksponatların ümumi sayı 16000-dən çoxdur.
Sonra muzey əməkdaşları tələbələrin suallarını cavablandırıblar.
