Home AZ | EN | RU

Filologiya fakültəsinin tələbələri təşəkkürnamə ilə təltif edilib

01/06/2018

Filologiya fakültəsi Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkil etdiyi “Türk xalqlarında  Novruz” adlı tədbirdə fəal iştirak edən tələbələr təşəkkürnamə ilə təltif edilib. Təşəkkürnamələr rektor, akademik Abel Məhərrəmovun imzası ilə hazırlanıb. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova təşəkkürnamələrin hazırlanmasında əziyyəti keçən, eləcə də tədbirin təşkilində dəstəyi olan  rəhbərliyə minnətdarlığını bildirib. Daha sonra kafedra müdiri tədbirin hazırlanması prosesini vurğulayaraq tələbələrin bu işin öhdəsindən layiqincə gəldiyini söyləyib. Türk dövlətlərinin – Türkiyənin, Özbəkistanın, Qırğızıstanın, Tükmənistanın, Qazaxıstanın  Azərbaycandakı səfirliklərinin də bu tədbirə dəstək olduğunu söyləyən Səhər xanım həm səfirliyin nümayəndələrinə, həm də tədbirin ərsəyə gəlməsində əməyi olan müəllim və tələbə heyətinə də təşəkkürünü bildirib.
Kafedranın dosentləri - Etibar Talıblı, Məhəmməd Məmmədov, Könül Həsənova, Kəmalə İslamzadə tələbələrin bacarıqlarının üzə çıxarılmasında bu cür tədbirlərin önəmindən, vacibliyindən söz açıblar. Tələbələr də öz təəssüratlarını bölüşüblər. Sonda təşəkkürnamələr tələbələrə təqdim edilib.  
Qeyd edək ki, 16 mart 2018-ci il tarixində baş tutan tədbirdə 7 türk xalqının Novruz ənənələri əks olunub. Tələbələr hər xalqın adət-ənənəsini, ədəbiyyatını əks etdirən səhnəciklər göstəriblər. Tədbirdə “Folklor” dərnəyinin 29 üzvü fəal iştirak edib.

 

Bookmark and Share