Home AZ | EN | RU

Filologiya fakültəsinin tələbələri Ulu Öndər Heydər Əliyevin 98 illiyinə həsr olunmuş esse müsabiqəsinin qalibi olublar

05/06/2021

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən 01 may 2021-ci il tarixində elan edilmiş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş esse müsabiqəsinin qalibləri müəyyənləşib. 200 nəfərə yaxın tələbənin iştirak etdiyi müsabiqədə komissiya tərəfindən 10 ən yaxşı esse yazısı qalib seçilib. Müsabiqənin nəticələrinə əsasən, Filologiya fakültəsinin dörd nəfər tələbəsi -  Aytən İsmiyeva, Türkan Hüseynova, Rəhiməxanım Əlipənahova və Solmaz Sultanlı ən yaxşı esse müəllifi kimi müsabiqənin qalibi olub.
Qaliblər Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən “Fəxri fərman”la təltif olunacaqlar.
Tələbələrimizi ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

Bookmark and Share