Filologiya fakültəsinin tələbələri XXII Respublika elmi konfransında
01/12/201129 noyabr 2011-ci il tarixində Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Slavyan Universitetində ali məktəb tələbələrinin XXII Respublika elmi konfransının və konfrans çərçivəsində «Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir» adlı müsabiqənin açılış mərasimi keçirilib.
Bakı Dövlət Universitetinin Filologiya fakültəsindən II və IV kurs tələbələri Sadıqlı Ayşən, Şirinov Şahverdi, Ələkbərova Tamilla,Muradova Günay, Məhərrəmova Könül, Qarayeva Şəhla, Abbasova Günay, Xanlarova Könül, Məmmədli Nigar, Məstanlı Vüsalə, Mehdizadə Alidə konfransda iştirak etmişlər.
IV kurs tələbəsi Şirinov Şahverdi konfransda fəal çıxışı ilə fərqləndiyinə görə “Sertifikat”a layiq görülmüşdür.
IV kurs tələbəsi Sadıqlı Ayşənin konfrans çərçivəsində keçirilən “Müstəqiliyimiz əbədidir, daimidir, dönməzdir” adlı müsabiqəyə təqdim etdiyi “Müstəqillik illərində Azərbaycan dilçilik elminin inkişafı ümummili lider Heydər Əliyevin dil siyasətinin nəticəsidir” adlı məqalə I mərhələdə 42 bal toplayaraq II mərhələyə keçmişdir.
