Home AZ | EN | RU

Filologiya fakültəsinin tələbələri “Məndə sığar iki cahan...” respublika elmi konfransında iştriak edib

31/05/2019

Mayın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dahi söz sənətkarı İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan...” respublika elmi konfransı keçirilib. Tədbirdə ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq elmi tədqiqat institutlarının alim-mütəxəssisləri, tanınmış ziyalılar, gənc tədqiqatçılar və media nümayəndələri iştirak edib. Üç bölmə iclasından ibarət olan konfransda ümumilikdə 60-dan çox məruzə dinlənilib.
Konfransda Bakı Dövlət Universitetini Filologiya fakültəsinin tələbələri uğurla təmsil edib. Tələbə Elmi Birliyinin üzvləri: Ümumi dilçilik kafedrasının I kurs magistrantı, TEB-in elmi seminarının rəhbəri Qismət Cəfərov “Azərbaycan ədəbi dilinin Nəsimi zirvəsi”, II kurs tələbələsi, TEB-in bakalavriat üzrə koordinatoru Məleykə Mirzəli “Nəsimi yaradıcılığında omonimliyin təzahürü”, III kurs kurs tələbələsi, TEB-in məsul katibi Əfsanə İbrahimova “Əqidə və xarakter şairi”, IV kurs tələbələsi İlknur Pənahlı isə “Nəsimi yaradıcılığında musiqiyə münasibət” adlı elmi məruzələrlə çıxış edib və məruzələr dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Konfransın sonunda bölmə rəhbərlərinin hesabatları dinlənilib, müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib. Bakı Dövlət Universitetini uğurla təmsil edən tələbələrin məqalələri tezliklə konfransın materiallar toplusunda nəşr ediləcək.

 

Bookmark and Share