Home AZ | EN | RU

Filologiya fakültəsinin tələbəsi “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb

13/12/2023

Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı” müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Mehrəngiz Qurbanova təhsildə əldə etdiyi yüksək nailiyyətlərə görə “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 24 iyun tarixli Sərəncamına əsasən, bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilib. Təqaüd dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödənilir.

Bookmark and Share