Home AZ | EN | RU

Filologiya fakültəsinin tələbəsi “Heydər Əliyev: dahi şəxsiyyət, əbədiyaşar lider” adlı onlayn esse müsabiqəsində I yeri qazanıb

10/05/2020

Bakı Dövlət Universitetinin (BDU) 16 aprel 2020-ci il tarixində elan etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: dahi şəxsiyyət, əbədiyaşar lider” adlı tələbə onlayn esse müsabiqəsi başa çatıb. Müsabiqədə Bakı Dövlət Universitetinin 70-dən çox tələbə və magistrantı iştirak edib. Təqdim olunmuş esselər müsabiqə komissiyası tərəfindən qiymətləndirilib.
Müsabiqə komissiyasının qərarı ilə birinci yerə Filologiya fakültəsinin III kurs tələbəsi Nigar Əliyeva layiq görülüb. Qalib diplom və 300 manat pul mükafatı ilə təltif ediləcəkdir.
Qalibin essesi BDU-nun rəsmi saytında, sosial mediada və “Bakı Universiteti” qəzetində dərc olunacaqdır.
Tələbəmizi fakültə adından təbrik edirik!
Müəllifin yazısı ilə bu linkdən tanış ola bilərsiniz: “Azərbaycan” deyəndə səni düşünürük biz....

Bookmark and Share