Home AZ | EN | RU

Filologiya fakültəsinin tələbəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş məqalə müsabiqəsinin qalibi olub

09/05/2020

YAP Yasamal rayon təşkilatının təşəbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Ulu Öndər müasir  Azərbaycanın qurucusudur” adlı məqalə müsabiqəsi keçirilib. Müsabiqəyə müvafiq elektron poçt vasitəsilə YAP Yasamal rayon təşkilatının üzvlərindən 30-a yaxın məqalə qəbul olunub.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun rəhbərliyi ilə  yaradılmış müsabiqə komissiyası tərəfindən məqalələr qiymətləndirilib və ən yaxşı üç məqalə mükafata layiq görülüb.
Müsabiqədə ikinci yeri BDU-nun Filologiya fakültəsinin III kurs Fl-103-cü qrup tələbəsi Əliyeva Nigar Ramiz qızı qazanıb. Qalibə YAP Yasamal royun təşkilatının “Fəxri fərman”ı və  pul mükafatı təqdim edilib. Qeyd edək ki, Nigar Əliyeva YAP icra katibliyinin təqaüdçüsüdür.

Bookmark and Share