Home AZ | EN | RU

Filologiya fakültəsinin tələbəsi pedaqoji təcrübədə açıq dərs keçib

20/04/2022

Məlum olduğu kimi, BDU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasında təhsil IV kurs tələbələrinin pedaqoji təcrübəsi hazırda uğurla davam edir. Belə ki, artıq Bakı şəhəri Nərimanov rayonu 57 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyevanın rəhbərliyi ilə pedaqoji təcrübə keçən Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə IV kurs Fl-113 qrup tələbələrinin açıq dərslərinin keçirilməsinə başlanılıb.
IV kurs tələbəsi Lamiyə Səyyar qızı Xanmədovanın 57 saylı tam orta məktəbin 8-A sinfində “Seyid Əzim Şirvani yaradıcılığında maarifçilik” mövzusunda keçdiyi açıq dərsdə təcrübə rəhbəri Rəhilə Quliyeva, məktəbin direktoru Aytən Sadıqova, direktor müavini Dilbər Rzayeva və fənn müəllimi Leyla Səfərova iştirak ediblər. Müasir təlim metodları əsasında keçirilən dərsdə mövzuya dair video material və təqdimatlar nümayiş olunub, şagirdlərlə qızların təhsilə cəlb olunması, maarif sahəsində atılan addımlar barəsində aktiv müzakirələr təşkil olunub. Sonra şagirdlərə qrup işi verilib və onların aktivliyi rubrikin meyarları üzrə qiymətləndirilib.
Sonda dərsin gedişi müzakirə olunub, təcrübəçi tələbənin pedaqoji bacarıqları müsbət dəyərləndirilib.

Bookmark and Share