Home AZ | EN | RU

Filologiya fakültəsinin tələbəsi Qaratel İsmayılovanın kitabı nəşr olunub

29/04/2022

BDU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası” üzrə Fl-123-cü qrup tələbəsi Qaratel İsmayılovanın “Azərbaycan dilindən sual-cavab kitabı” adlı vəsaiti işıq üzü görüb.
Orta məktəb şagirdlərinə kömək məqsədilə yazılmış vəsait liseylərə hazırlaşanların və abituriyentlərin dərsliklərdən öyrəndikləri bilikləri zənginləşdirmək və praktik tapşırıqlar üzərində çalışmaq bacarıqlarını inkişaf etdirmək məqsədilə tərtib olunub. Hər bölmə üzrə suallar və onların cavabları, şərh və izahlardakı yığcamlıq, eyni zamanda izahlarda nümunələrin verilməsi istifadəçilərə qısa vaxtda səmərəli nəticələr əldə etməyə imkan verəcək.
Biz də tələbəmizi bu təşəbbüsü və uğuru münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.

Bookmark and Share