Filologiya fakültəsinin tələbəsi “Xarıbülbül ətirli zəfərimiz” adlı esse müsabiqəsinin qalibi olub
25/05/2022BDU-nun Filologiya fakültəsi Könüllülərinin təşəbbüsü ilə “Xarıbülbül ətirli zəfərimiz” adlı esse müsabiqəsi keçirilib. Müsabiqənin nəticəsinə əsasən, Filologiya fakültəsinin “Fransız dili və ədəbiyyatı” ixtisasının II kurs tələbəsi Fidan Məhərrəmova I yerə layiq görülüb. Qalib BDU Könüllülərinin sədri Nərmin Heydərova tərəfindən diplomla təltif edilib.
Tələbəmizi təbrik edir, ona təhsil həyatında uğurlar arzulayırıq!
