Home AZ | EN | RU

Filologiyanın futbol qəhrəmanları çempionluğun bir addımlığında

08/05/2017

(Filoloqlar çempionatın üçüncüsü, Ələkbər Orucov çempionatın ən yaxşı futbolçusu olub)

Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş futbol yarışları qaliblərinin təntənəli mükafatlandırılma mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan açan rektor, akademik Abel Məhərrəmov bir aydan çoxdur ki, universitetdə ulu öndərin xatirəsinə həsr olunmuş müxtəlif idman yarışlarının, o cümlədən futbol çempionatının keçirildiyini bilidirib. Məlum olub ki, futbol yarışlarında universitetin 17 fakültəsi və xarici tələbələrdən ibarət komanda təmsil olunub.
Hər il universitet üzrə futbol yarışlarına qatılan Filologiya fakültəsinin komandası bu dəfə uzun fasilədən sonra ilk dəfə uğura imza atıb.
Qrup mərhələsində D qrupunda qərarlaşan komandanın rəqibləri İlahiyyat, Tətbiqi riyaziyyat və kibernetika, Sosial elmlər və psixologiya fakültələri olub. İlk oyunda SEP-ə məğlub olan filoloqlar digər iki oyunda qalib gələrək qrup mərhələsini adlayıb.
Dörddə bir final mərhələsində Geologiya fakültəsi ilə qarşılaşan komanda birinci hissədə qapısından bir qol buraxsa da, ikinci hissədə gərgin mübarizə apararaq 2-1 hesabı ilə qalib gəlib. Və uzun illərdən sonra Filologiya fakültəsi çempionatın yarımfinal mərhələsinə qatılıb.
Yarımfinalda filoloqların rəqibi güclü hüquqşünaslar olub. Amma filoloqların finala vəsiqə qazanmaq əzmi qarşısında hüquqşünaslar gərgin oyun keçirib. Çoxları Hüquq fakültəsini favorit komanda saysa da, oyun 1-1 hesabı ilə başa çatıb. Oyunun nəticəsi isə penaltilər seriyasında bəlli olub: Filologiya - 1:2 - Hüquq.
Beləliklə, Filologiya fakültəsi uzun fasilədən sonra 17 fakültə arasında çempionatın üçüncüsü olub. Komandanın üzvləri – tələbələr: Emil Əhmədzadə, Ələkbər Orucov, Balakişi Səfərli, Səfalı Əlizadə, Hafiz Hüsənli, Rahib Həsənli, Fərid Əliyev, Emin İbrahimov, Fərid Kərimov, Yusif Nəcəfzadə, Baxış Baxışzadə, Orxan Həsənov, Cəlil Həsənli, Məhərrəm Məhərrəmovun gərgin əməkləri sayəsində Filologiya futbol tarixində mühüm uğura imza atıb. Komandamızın üzvü Ələkbər Orucov "Çempionatın ən yaxşı oyunçusu" adına layiq görülüb. Filoloqların uğur qazanmasında komandanın kapitanı Emil Əhmədovun da əməyi var: belə ki, o, məşqlərdə, oyunun ən gərgin və həyəcanlı anlarında özü ilə yaşıd olan komanda üzvlərini motivasiya etməyi layiqincə bacarıb. 
Biz də komanda üzvlərini və azarkeş filoloqları ürəkdən təbrik edir, növbəti illərdə daha böyük qələbələr arzulayırıq.

Bookmark and Share