Home AZ | EN | RU

“Filoloji tədqiqlər: Azərbaycan mühacirət ədəbiyyatı, ədəbi proses və dil məsələləri” adlı məqalələr toplusu nəşr olunub

25/11/2019

BDU-nun Filologiya fakültəsi “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” elmi tədqiqat laboratoriyasının təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş “Filoloji tədqiqlər: Azərbaycan mühacirət ədəbiyyatı, ədəbi proses və dil məsələləri” adlı məqalələr toplusu işıq üzü görüb.
Kitab Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında 14 noyabr 2017-ci il tarixli Sərəncamı əsasında Filologiya fakültəsi Elmi Şurasının qərarı ilə (11 oktyabr 2019-cu il tarixli,1 saylı iclas protokolu)  nəşr olunub.
Kitabın tərtibçisi və elmi redaktoru “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in baş elmi işçisi, dosent Nəzakət Hüseynova, rəyçisi Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədovdur.

Bookmark and Share