Home AZ | EN | RU

“Filoloji tədqiqlər: ədəbiyyatşünaslıq və dil məsələləri” adlı beynəlxalq elmi-nəzəri toplunun növbəti sayı işıq üzü görüb

14/12/2022

BDU-nun Filologiya fakültəsinin “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL tərəfindən nəşrə hazırlanan “Filoloji tədqiqlər: ədəbiyyatşünaslıq və dil məsələləri” adlı beynəlxalq elmi-nəzəri toplunun növbəti sayı işıq üzü görüb. Topluya ədəbiyyatşünaslığın və dilin müxtəlif sahələrini əhatə edən məqalələr daxil edilib. Ədəbiyyatşünaslıq bölməsində daha çox ədəbi-mədəni əlaqələrin öyrənilməsində və yaradılmasında əsas rol oynayan bədii tərcümənin əhəmiyyətini əks etdirən, dil məsələləri bölməsində isə dilin metodikasına, nitqin inkişafına, saflığına, üslubna və s. xidmət edən mövzularda yazılmış məqalələr yer alıb.
Toplunun baş redaktoru “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in müdiri, dosent Nəzakət Hüseynova, rəyçisi  isə Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədovdur. Materiallarla bu linkdən tanış ola bilərsiniz:

"Filoloji tədqiqlər: ədəbiyyatşünaslıq və dil məsələləri” adlı beynəlxalq elmi-nəzəri toplu. Bakı: "Füyuzat" nəşriyyatı, 158 s.

 

Bookmark and Share