Filoloq tələbələr BDU-nu respublika elmi konfransında uğurla təmsil edib
26/04/2018Bakı Slavyan Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda tələbə və magistrantların Respublika elmi-praktik konfransı keçirilib. Ölkəmizin 19 ali təhsil ocağından 160 nəfər tələbənin qatıldığı konfransda Bakı Dövlət Universiteti iştirakçıların sayına görə təşkilatçı müəssisədən sonra ikinci yerdə olub.
Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə konfransda Bakı Dövlət Universitetini Filologiya fakültəsinin 12 nəfər tələbəsi təmsil edib. Onlardan 3-ü magistrant, 9-u isə bakalavriat olub.
Tələbələrdən Murad Əmənov, Arzu Hüseynova, Zöhrə İmamverdiyeva, Aynur Mustafayeva, Aynur Rzayeva, Kamilə Qədimli, Günel Quliyeva, Nigar Əliyeva, Sabah qruplarından Könül Tağızadə, Rəhiməxanım Mürvətova, Aytac Həsənova, Mətanət Rəcəbli maraqlı elmi məruzələrlə bölmə iclasında aktivlik nümayiş etdiriblər.
Konfransın yekun iclasında bütün iştirakçılara sertifikatlar və materiallar toplusu təqdim olunub. Sonda TEB-in idarə heyətinin üzvləri Murad Əmənov, Aynur Rzayeva və Aynur Mustafayeva universitetimiz adından çıxış edərək yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşkilat komitəsinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, konfrans başa çatdıqdan sonra fakültə dekanı, dosent Elçin Məmmədov, dekan müavini, dosent Cavanşir Muradov universitet təmsilçilərimizlə görüşərək uğurlu çıxışlarına görə onları təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
