Home AZ | EN | RU

Filoloqlar “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfransda fəal iştirak edib

26/04/2017

Bakı Dövlət Universitetində “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda respublika elmi-metodik konfransı keçirilib. Giriş sözü ilə çıxış edən rektor, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında  imzaladığı sərəncamın böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Plenar iclasda çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın,  o cümlədən bölmə iclaslarına təqdim edilən məqalələrin əhəmiyyətindən, İslam dünyasında böyük nüfuza malik olan Azərbaycanın sivilizasiyalararası dialoq məkanına çevrilməsindən danışıblar.
Sonra BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev «İslam həmrəyliyi müasir dünyanın ən zəruri tələblərindən biridir»,  Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanova «İslam mədəniyyətində ümumbəşəri həmrəylik prinsipi» mövzularında məruzə ilə çıxış ediblər.
Konfransda Filologiya fakültəsinin rəhbərliyi, professor-müəllim heyəti, doktorant, magistrant və tələbələr də iştirak edib. Dos. Elçin Məmmədov, Prof. Ramiz Əskər, dos. Gülxanım Vəliyeva, Pərvin Eyvazov, Ramil Bayramov, tələbə və magistrantlardan Pərvin Rəhimov, Zöhrə İmamverdiyeva, Samirə Hüseynova, Nərgiz Qarayeva, Elza Məmmədova, Günel Quliyeva, Xəyalə Kazımova, Aytac Həsənova, Raziyyə Həsənova, Sədəfxanım Qənbərova, Aynurə Məmmədova və başqaları maraqlı elmi məruzələrlə çıxış ediblər. Tələbə və magistrantların bölmə iclaslarındakı aktivliyi moderatorlar tərəfindən yüksək qiymətləndirilib.

Bookmark and Share