Home AZ | EN | RU

Filoloq tələbələrin elmi konfransda növbəti uğuru

02/04/2017

Bakı Slavyan Universitetində “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda tələbə və magistrantların Respublika Elmi Konfransı keçirilib. Konfransa  respublikanın 12 ali təhsil müəssisəsindən 220 tələbə qatılıb.
Tələbə Elmi Birliyinin təşkilatçılığı ilə konfransda Bakı Dövlət Universitetini Filologiya fakültəsinin 30 nəfər tələbə və magistrantı təmsil edib. Bunlardan 10 nəfəri Dilçilik, 20 nəfəri isə Ədəbiyyatşünaslıq bölməsi üzrə məruzə edib. Həmçinin BDU-nun Şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Könül Həsənova, Tələbə Elmi Birliyinin sədri Pərvin Eyvazov, dissertant Gülnar Axundova, “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi Ramil Bayramov bu elm tədbirində tələbələrə mənəvi dəstək olub, onların çıxışlarını dinləyiblər.  
Konfransın plenar iclasında BDU adından Filologiya fakültəsinin I kurs tələbəsi, Tələbə Elmi Birliyinin sədr müavini Aynur Mustafayeva çıxış edərək belə yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə universitet rəhbərliyi, dekanlıq və tələbələr adından təşəkkürünü bildirib.
Tələbələrdən Fərqanə Qədimova, Günel Quliyeva, Pərvin Rəhimov, Havva Əhmədova, Qismət Cəfərov, Mərziyyə Qasımova, Samirə Hüseynova, Çinarə Tağıyeva, Zöhrə İmamverdiyeva, Arzu Həsənli, Jalə Rüstəmova, Gözəl Məmmədli, Elnur Sultanov, Elnarə Talıbova, Güllü Hacıyeva, Səidə Əliyeva, Aysel Ələkbərzadə, Xəyalə Kazımova, Şahin Şəbiyev, Nərgiz Qarayeva, Vəzifə İbrahimli, Aynur Mustafayeva, Türkan İsmayılbəyli, Aişə Əliyeva, Məleykə Səfərova, Gözəl Quliyeva və başqaları maraqlı elmi məruzələrlə bölmə iclaslarında aktivlik nümayiş etdiriblər.   
Konfransın yekununda bütün iştirakçılara sertifikatlar və materiallar toplusu təqdim olunub. Ən uğurlu çıxışlarına görə fakültənin 10 nəfər tələbəsi BSU-nun rektoru, prof. Nurlana Əliyeva tərəfindən diploma layiq görülüb.

 

 

 

Bookmark and Share