Home AZ | EN | RU

“Folklor” dərnəyi Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş iclas keçirib

18/04/2017

Azərbaycan  şifahi  xalq  ədəbiyyatı  kafedrasının  nəzdində  fəaliyyət göstərən “Folklor” dərnəyinin növbəti iclası Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunub. İclasda  qarşıya qoyulan məqsədlərdən biri görkəmli şairin yubileyi ilə əlaqədar Səməd Vurğunun  “Vaqif”  dramının  səhnələşdirilməsi olub. Bu məqsədlə Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü, teatr rejissoru, professor Ağakişki Kazımov dəvət edilib. İclası açıq elan edən kafedra müdiri professor Səhər Orucova Vaqifin həyat və yaradıcılığından bəhs edib,   “Vaqif” dramını tamaşaya qoyan professor Ağakişi Kazımov haqqında dərnək iştirakçılarına məlumat verib. Yaradıcılığının estetik mahiyyətini təcəssüm etdirən müxtəlif janrlı  "Müsibəti Fəxrəddin" (N.Vəzirov), "Toy" (S.Rəhman), "Təzə gəlin" (S.Dağlı), "Arşın mal alan" (Ü.Hacıbəyov),  "Məlik Məmməd" (Ə.Abbasov), "Hacı Qənbər" (N.Vəzirov), "Kiçik təpə" (N.Xəzri), “Məni qınamayın” (Hidayət) və başqa tamaşalarını səhnəyə qoyan Ağakişi Kazımov  dərnək üzvləri  arasında  “Vaqif” dramının sözlərini bölüşdürərək onlara bəzi səhnə sirlərini öyrədib. Tamaşanın səhnələşdirilməsi üçün məşq vaxtları müəyyənləşib.

 

Bookmark and Share