Home AZ | EN | RU

“Folklor” dərnəyi nəzdindəki “Ədəbiyyat klubu”nun ilk müzakirəsi baş tutub

05/11/2019

BDU-nun Filologiya fakültəsində cari tədris ili üçün “Folklor” dərnəyi nəzdində fəaliyyət göstərən “Ədəbiyyat klubu”nun ilk müzakirəsi baş tutub.  Tədbirdə Somerset Moemin “Ay və qara qəpik” əsəri müzakirəyə qoyulub. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova belə müzakirələrin tələbələrin dünyagörüşünü, mütaliə bacarığını, eləcə də nitq qabiliyyətini inkişaf etdirəcəyini bildirib. Kitabın təhlili Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müəllimləri ilə “Folklor” dərnəyinin üzvləri arasında diskussiya şəklində aparılıb.  Təhlil zamanı müəllim və tələbələr arasındakı fikir ayrılıqları müzakirəni daha da maraqlı edib. Əsərin baş qəhrəmanı Çarlz Strikləndin 40 yaşına qədər ənənəvi  ingilis həyatı yaşayan ailə başçısı olması və birdən-birə hər şeydən imtina edərək dahilik yolunda irəliləməsini hər kəs fərqli mövqedən qiymətləndirib. Simvol ilə verilən əsərin adı da müxtəlif yanaşmalarla mənalandırılıb. Sonda növbəti dəfə müzakirə olunacaq əsərlər haqqında fikir mübadiləsi aparılıb.

Bookmark and Share