Home AZ | EN | RU

“Folklor” dərnəyinin “Ədəbiyyat” klubu E.L.Voyniçin “Ovod” romanını müzakirə edib

26/12/2020

BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası nəzdində fəaliyyət göstərən “Folklor” dərnəyinin “Ədəbiyyat” klubu növbəti onlayn kitab müzakirəsi keçirib. Bu dəfə müzakirə obyekti Etel Lilian Voyniçin “Ovod” romanı olub. Tədbiri dərnəyin sədri Kənan Orucov açaraq klubun fəaliyyətindən danışıb. Sonra əsərin müzakirəsinə başlanılıb. Müzakirə iştirakçıları əsər haqqında öz təəssüratlarını bölüşüblər. Onlar Artur Bertonun  Ovoda çevrilməsindən, eləcə də baş qəhrəmanın atası Monsenyor Montanelli və sevgilsi Cemma ilə münasibətlərindən söz açıblar. Dərnəyin üzvləri Səbinə Xəlilova, Aysel Seyidova, Bahar Həşimli fəallıqları ilə seçiliblər. Tədbirdə ilk dəfə iştirak edən birinci kurs tələbələri - Rəhimxanım Əlipənahova və Günel Əliyeva gələcəkdə dərnəyin bütün tədbirlərində fəal iştirak edəcəklərini söyləyərək xoş təəssüratlarını bölüşüblər. Klub üzvlərinin növbəti ayda müzakirə üçün seçdikləri əsər Xalid Hüseynin “Çərpələng uçuran” romanı olub.

Bookmark and Share