Home AZ | EN | RU

“Folklor” dərnəyinin “Ədəbiyyat” klubu onlayn seminar keçirib

14/05/2020

14 may 2020-ci il tarixində BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının nəzdində fəaliyyət göstərən “Folklor” dərnəyinin “Ədəbiyyat” klubu onlayn seminar keçirib. “Mütaliə vərdişlərinə necə yiyələnmək olar?” mövzusunda keçirilən seminarda magistrant Gülnaz İsaqova mütaliə vərdişlərindən, kitab seçimi edərkən nəzərə alınmalı məqamlardan söz açıb. Məruzəçi mövcud vəziyyətdə elektron kitablardan yararlanmaq üçün müəyyən saytlar da məsləhət görüb. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova, kafedranın müəllimləri: dosentlər Kəmalə İslamzadə, Məhəmməd Məmmədov, Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov seminarı yüksək dəyərləndirərək məruzəçiyə suallar ünvanlayıblar. Gülnaz İsaqova müəllim və tələbələrin suallarını cavablandırıb.

Bookmark and Share