Home AZ | EN | RU

“Folklor” dərnəyinin “Ədəbiyyat” klubu Teodor Drayzerin “Kerri bacı” əsərini müzakirə edib

25/05/2020

24 may 2020-ci il tarixində BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası nəzdində fəaliyyət göstərən “Folklor” dərnəyinin “Ədəbiyyat” klubu növbəti kitab müzakirəsi keçirib. Müzakirədə Amerika ədəbiyyatında realizmin ən görkəmli nümayəndələrindən sayılan Teodor Drayzerin bestsellərə çevrilən “Kerri bacı” əsəri tələbə, magistrant və müəllimlər tərəfindən dəyərləndirilib. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova pandemiya şəraitində onlayn şəkildə kitab müzakirələrinin təşkilinin önəmini vurğulayıb. Əsər haqqında magistrant Gülnaz  İsaqova  ümumi məlumat  verdikdən  sonra  müzakirə diskussiya formasında keçib. Müzakirədə Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müəllimlərinin, klub üzvlərinin iştirakı ilə baş obraz Kerri ilə yanaşı, Drue, Herstvud və başqa obrazlar da təhlil olunub. Əsərdə qadın hissləri, psixologiyası kimi amillərlə yanaşı, Amerika mühitinin də təsirlərindən söz açılıb. Sonda növbəti müzakirə üçün klub üzvlərinin rəyi ilə E.L.Voyniçin “Ovod” əsəri seçilib.

Bookmark and Share