Home AZ | EN | RU

“Folklor” dərnəyinin ilk iclası keçirilib

05/04/2017

Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının nəzdində fəaliyyət göstərən  “Folklor” dərnəyinin ilk iclası keçirilib. İclası giriş sözü ilə açan Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova dərnəyin fəaliyyətindən, qarşıya qoyulan məqsədindən danışaraq tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, elmi fəaliyyətlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb. İclas iki istiqamətdə aparılıb. I hissədə Bakı Slavyan Universitetində keçirilən “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransından iştirak edən Filologiya fakültəsinin tələbə və magistrların məruzələri müzakirə olunub. Qeyd edilib ki, konfransda  BDU-nu Filologiya fakültəsinin 30 nəfər tələbə və magistrantı təmsil edib. Bunlardan 8 nəfəri Azərbaycan Şifahi xalq ədəbiyyatı kafedrasının  nəzdində fəaliyyət göstərən “Folklor” dərnəyinin üzvü olub.  Professor Səhər Orucova konfransda məruzə edən tələbələrin bu nailiyyətini yüksək dəyərləndirib, tezislərlə bağlı vacib məsələləri nəzərə çatdırıb. İclasda dekanlıq adından çıxış edən dekan müavini dosent Cavanşir Muradov kafedranın son dövrlərdəki fəaliyyətini yüksək qiymətləndirib. Dosent Etibar Talıblı, dosent Kəmalə İslamzadə, dosent Könül Həsənova çıxış edərək həm kafedranın, həm də dərnək üzvlərinin nailiyyətlərini qeyd edərək onlara uğurlar arzulayıblar. İkinci hissədə “Novruz və onun Çərşənbələri-2017” adlı silsilə tədbirlərdə yüksək çıxışlarına görə dərnək üzvləri təltifnamələr ilə mükafatlandırılıb. Tədbirin sonunda çay süfrəsi ətrafında dərnək üzvləri müəllifi olduqları şeirlər və mahnılar səsləndiriblər.

 

Bookmark and Share