Home AZ | EN | RU

“Folklor” dərnəyinin nəzdindəki “Ədəbiyyat” klubunun növbəti müzakirəsi

14/04/2018

Azərbaycan Şifahi Xalq Ədəbiyyatı kafedrası nəzdində fəaliyyət göstərən "Folklor" dərnəyinin nəzdindəki "Ədəbiyyat" klubunun növbəti müzakirəsi keçirilib. Bu dəfə müzakirə obyekti Antuan dö Sənt Ekzüperinin "Balaca şahzadə", Rabindranat Taqorun "Alver" və Qabriel Qarsio Markesin "Dünyanın ən gözəl ölüsü" əsərləri olub. Müzakirə iştirakçıları əsərlər haqqında öz təəssüratlarını bölüşüb və aralarında yaranan fikir ayrılıqlarına aydınlıq gətiriblər. Görüşdə təkcə əsərlər deyil, həm də yazıçıların maraqlı həyat hekayələri də müzakirə olunub. Belə ki, A. Ekzüperinin bu əsərində təsvir etdiyi təyyarə qəzasının öz başına gəlməsi və bu qəza nəticəsində həyatını itirməsi, Q. Markesin həyatının son anlarını necə keçirməsi və R. Taqorun Nobel mükafatı məsələsi kimi maraqlı faktlar ayrı-ayrı iştirakçılar tərəfindən nəzərə çatdırılıb. Ümumilikdə isə müzakirə çox canlı və qızğın şəkildə keçib. Gələcəkdə G. Mopassan və C. Oruelin əsərlərinin müzakirəsi qərarlaşdırılıb.

 

Bookmark and Share