Home AZ | EN | RU

BDU-nun gənc filoloqları BMU-da beynəlxalq konfransda iştirak edib

01/05/2019

Bakı Mühəndislik Universitetində (BMU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən Gənc tədqiqatçıların III beynəlxalq elmi konfransı keçirilib. Konfransda Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tələbələri və gənc tədqiqatçıları da iştirak edib. 30 yaxın gənc filoloqun qatıldığı elmi konfransda Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının doktorantları  “Mir Cəlal hekayələrində adət-ənənələrə münasibət”, “Satuq Buğra xan” dastanında motivlər”, “Qırğız nağıllarının janr xüsusiyyətləri”, “Nağıllarda tapmaca janrının əksi”, magistrantları “Sehrli nağıllarda qaranlıq dünyanı ifadə edən məkanlar”, “Folklorda xalq intellektinin təzahürü”, “Lətifə janrının poetik xüsusiyyətləri və lətifələrdə satirik gülüş”, “Xalq tamaşa və oyunlarının semantikası”, "Abbas və Gülgəz" dastanının bədii poetik semantikası”, tələbələri “Folklorda aşıq şeiri və müasir Azərbaycan gəncinin bu sahəyə münasibəti”, “Dünya daşqını haqqında miflər” və digər mövzularla çıxış ediblər. Həmçinin Filologiya fakültəsinin SABAH qruplarından Rəcəbli Mətanət, Tağızadə Könül, Xanəliyeva Nərminə, Həsənova Aytac, Mürvətova Rəhiməxanım, Məmmədova Fidan, Haxverdiyeva Gülnur, Sultanova Fidan və başqalarının çıxışları da maraqla qarşılanıb. Sonda təmsilçilərimizə sertifikatlar təqdim olunub.  
Qeyd edək ki, konfransın toplusuna yerli tədqiqatçılarla yanaşı Türkiyə, İtaliya, Rusiya, Kanada kimi onlarla xarici ölkədən 750 elmi məqalə qəbul olunub, onlardan 520-si seçilərək iki cilddə çap edilib.

 

Bookmark and Share