Home AZ | EN | RU

“Gənc filoloqlar” komandası Müstəqillik Gününə həsr olunmuş intellektual yarışın qalibi olub

30/10/2017

Bakı Dövlət Universiteti Tarix fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı və "EDU Company"-nin dəstəyi ilə 28 oktyabr 2017-ci il tarixində 18 Oktyabr Müstəqillik gününə həsr olunmuş intellektual oyun keçirilib. 3 raunddan ibarət olan oyunda 30 sual səsləndirilib. Oyunda ixtisasından asılı olmayaraq bakalavr və magistrantlar iştirak edib.
“Gənc filoloqlar” adı ilə fakültəmizi təmsil edən komandanın heyətində Həvva Zamirli, Pərvin Rəhimov, Nigar Əliyeva, Günel Quliyeva, Aynur Mustafayeva və Qismət Cəfərov iştirak edib, 10-dan çox komandanın qatıldığı yarışda lll yer qazanıblar.  
Qalib komandalar diplom və hədiyyələrlə təltif olunub. Xatirə şəkilləri çəkdirib.
Filologiya fakültəsi Tələbə Elmi Birliyi adından qaliblərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik. Intellektual yarışın təşkilinə görə isə BDU Tarix fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilat komitəsinə təşəkkürümüzü bildiririk.

Həvva Zamirli
BDU-nun magistrantı





 

Bookmark and Share