Home AZ | EN | RU

Gənc filoloqlar Lorenso Amberqin elmi seminarında iştirak edib

01/12/2017

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında İşveçrə diplomatı, alim-slavyanşünas Lorenso Amberqin “Lenin və Soljenisın Syurixdə” mövzusunda elmi seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetindən Rus dilçiliyi kafedrasının müəllimi Aytən Muradova, Filologiya fakültəsinin tələbə və magistrantları da iştirak edib.
Tədbirin açılışından sonra çıxış edən İsveçrənin Azərbaycandaki Fövqəladə və Səlahiyyətli  səfiri  Filip Stadler qonaqları salamlayıb, Lomonosov adına MDU-nun rektoru, akademik Nərgiz Paşayevaya öz dərin minnətarlığını bildirib.
Lorenso Amberq öz məruzəsində qeyd edib ki, vaxtilə həm Lenin, həm də Soljenisin Syurix şəhərində  sığınacaq tapıb. 1917-ci ildə Lenin Syurix şəhərindəki dəmir yolu vağzalından inqilabi Petroqrada yola düşüb. 1974-ci ildə isə Soljenisin  SSSR-dən  həmin vağzala  məcburi  mühacirətə gəlib. Beləliklə, həmin vağzalda onların qiyabi görüşü baş tutub. Məruzə zamanı baş qəhrəmanların  və Syurix şəhərinin  tarixi yerlərinin ilüstrasiyaları verilib.
Lorenso Amberqin “Lenin və Soljenisin Syurixdə” adlı məruzəsi auditoriya tərəfindən böyük maraqla qarşılanıb.

Bookmark and Share